Baki şəh, Xətai rayonu Rövşən Əliyev 12/14
AZ RU

«PRIME CRAFT»

Peşəkar komandamızın 25 ilə yaxın tikinti üzrə geniş təcrübəsi var.

Şirkətimiz müasir keyfiyyət standartlarına cavab verən çoxsaylı və müxtəlif layihələr həyata keçirmişdir. Bununla yanaşı, PRİME CRAFT olaraq bir çox tanınmış brendlərin rəsmi tərəfdaşı kimi topdan və pərakəndə satış fəaliyyəti göstəririk.

Məhsul portfelimiz əsasən SPC döşəmələr, təbii parket tipli döşəmələr, SPC divar panelləri, PVC döşəmələr, yüksəldilmiş döşəmələr, xalça döşəmələr, epoksi döşəmələr və təbii izolyasiya məhsullarından ibarətdir. Ənənəvi MDF və laklı ətək lövhələrinə daha keyfiyyətli alternativlərə ehtiyac olduğunu anlayaraq, SPC (Daş Polimer Kompozit) əsaslı ətək lövhələri, suya davamlı parket və divar panellərini təklif edirik. Şirkətimizdən bu yeni dizaynlı və funksional məhsulları əldə edə bilərsiniz.